Çində yüzlərlə insanın həyatına son qoyan epidemiyaya yeni ad verilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilib ki, bundan sonra virus "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırılacaq.
Qeyd edək ki, bundan əvvəl virusun kod adı 2019nCoV idi.
Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 812 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib
ÜST epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.