Koronavirusun əsas sirlərindən biri tapıldı

Koronavirusun əsas sirlərindən biri tapıldı Mütəxəssislərin fikrincə, cinsi hormonlar xəstəliyin ağırlaşmalarına meyllilikdə əsas rol oynayır.
Sağlamlıq
27 Yanvar , 2021 12:57
Koronavirusun əsas sirlərindən biri tapıldı

Yel Universitetinin alimləri kişilərin koronavirusdan qadınlara nisbətən 1,7 dəfə daha çox ölməsinin səbəbini müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Science” yazır.

Mütəxəssislərin fikrincə, cinsi hormonlar xəstəliyin ağırlaşmalarına meyllilikdə əsas rol oynayır. Belə ki, qadınlarda olan estrogen hormonu SARS-CoV-2-nin orqanizmə giriş üçün “qapı” kimi istifadə etdiyi ACE2 reseptorunu bloklaya bilər. Digər yandan, kişilərdə olan androgen hormonu, müşahidələrə görə, əksinə, yoluxmanı asanlaşdırır.

Həmçinin qeyd olunub ki, qadınlarında iki X-xromosomun olması vacib amildir. Belə ki, bu xromosomlarda immun cavabı tənzimləyən əsas genlər mövcuddur. Bəzi hallarda hər iki xromosom eyni zamanda anadangəlmə immunitet sistemini aktivləşdirə və patogenləri infeksiyanın ilkin mərhələlərində aşkar edə bilər.

Eyni zamanda, 60 yaşdan yuxarı kişilər ümumiyyətlə koronavirusa qarşı ilkin immun cavab yaratmaq qabiliyyətini itirməyə başlayırlar. Bunun əvəzinə onlarda tez-tez orqanizmin kompensasiyaedici ifrat reaksiyası yaranır, bu da COVID-19 ağır hallarına səbəb olan və ölüm riskini artıran geniş yayılmış iltihab və sitokin fırtınalarına səbəb olur.

Son xəbərlər

Orphus sistemi