Koronavirusun daha tez yayılmasının şərtləri açıqlandı

Koronavirusun daha tez yayılmasının şərtləri açıqlandı Koronavirusa yoluxan şəxslər havalandırmanın zəif olduğu qapalı məkanlarda qorumasız olanda xəstəliyin “super yoluxduran”ına çevrilirlər.
Sağlamlıq
1038
11 Dekabr , 2020 11:33
Koronavirusun daha tez yayılmasının şərtləri açıqlandı

"Koronavirusa yoluxan şəxslər havalandırmanın zəif olduğu qapalı məkanlarda qorumasız olanda xəstəliyin “super yoluxduran”ına çevrilirlər".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Epidemiologiya Elmi Tədqiqat İnstitutunun direktor müavini Aleksandr Qorelov bildirib.

O, ara məsafə və fərdi qoruma vasitələrilə bağlı qaydalara əməl edilmədikdə vəziyyətin daha təhlükəli olduğunu diqqətə çatdırıb.

COVID-19-la bağlı əlamətləri hiss edərkən evdən çıxmamağı nəzərdə tutan təməl qaydanın bir çoxu tərəfindən əməl olunmadığını xatırlayan ekspertə görə, ağır xəstələrdən, xüsusilə tez-tez öskürənlərdən yoluxma ehtimalı daha yüksəkdir.

Yüngül formada xəstələnənlərin inkubasiya dövrü başa çatandan sonra 10 günədək, orta ağır formada isə 20 günədək yoluxdurucu ola biləcəyi də diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi