Yaponiyada koronavirusun daha bir təhlükəli növü aşkarlandı

Yaponiyada koronavirusun daha bir təhlükəli növü aşkarlandı Yaponiyada koronavirusun yeni variantı aşkar edilib.
Sağlamlıq
10 Yanvar , 2021 19:53
Yaponiyada koronavirusun daha bir təhlükəli növü aşkarlandı

Yaponiyada koronavirusun yeni variantı aşkar edilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ölkənin Yoluxucu Xəstəliklər Milli İnstitutunun mütəxəssisləri bildiriblər ki, koronavirusun daha bir yeni mutasiyasını aşkarlayıblar.

Məlumata görə, yeni variant ötən ay Böyük Britaniya və ya CAR-da aşkarlanmış ştamdan da sürətli yayılır.

COVID-19-un yeni növü "Gündoğar" ölkəyə Braziliyadan gəlmiş dörd nəfərdə qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəlki ştamm ilk dəfə ötən il dekabrın ortalarında Britaniyada aşkarlanıb. Koronavirusun bu növü əvvəlki variantdan 70 faiz daha yoluxucudur. Buna görə də təhlükəli sayılır. Lakin yeni ştammdan ölüm halının qeydə alınması barədə məlumat yoxdur.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi