Şəhidin koronavirusdan sağalan ailə üzvləri evə buraxıldı

Şəhidin koronavirusdan sağalan ailə üzvləri evə buraxıldı Şəhid Şaban Cəfərovun koronavirusa yoluxan həyat yoldaşı&Şərafət Cəfərova&və&qızı&Nərminə Cəfərova&bu gün xəstəxanadan evə buraxılıb.
Sağlamlıq
1908
7 İyul , 2020 00:49
Şəhidin koronavirusdan sağalan ailə üzvləri evə buraxıldı

Şəhid Şaban Cəfərovun koronavirusa yoluxan həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova bu gün xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a şəhidin qızı N.Cəfərova özü bildirib.

Onun sözlərinə görə, müalicə aldıqları Goranboy Rayon Mərkəzi Xəstəxanasında 11 gündən sonra sağalıblar: "Koronavirusla bağlı həm anamdan, həm də məndən götürülən testin nəticəsi neqativ çıxdı. Bununla da xəstəxanadan tam sağaldığımızı bildirdilər. Yekun olaraq, ağciyərlərimiz təkrar yoxlanıldı və hər şeyin yaxşı olduğu üzə çıxdı.

Artıq evimizdəyik. Özümüzü yaxşı hiss edirik. Bizə göstərilən diqqətə görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru İftixar həkimə və bütün tibb heyətinə təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, Ş.Cəfərova və N.Cəfərova koronavirus infeksiyasına ötən ay yoluxmuşdular.

Xatırladaq ki, Şaban Cəfərov Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.