Komitə sədri: Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmır

Komitə sədri: Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmır Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var.
Sağlamlıq
19 Noyabr , 2024 12:09
Komitə sədri: Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmır
Əhliman Əmiraslanov

Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmır.

“Report” xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi rayonlarda həkim və orta tibb işçisi çatışmazlığı istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətlər aparılmalıdır ki, problemlər həll olunsun.

Komitə sədrinin sözlərinə görə, problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər.

"Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?! Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu, absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?!”, - komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi