"Hazırda Azərbaycanda sosial iş və sosial xidmətin çərçivələri müəyyənləşməyib".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bakıda keçirilən Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, harada sosial iş, harada sosial xidmət görülməsi ilə bağlı standartların müəyyənləşməsi lazımdır: "Hesab edirəm ki, elm adamları da bununla bağlı öz təkliflərini verməlidir".