Bu ilin ilk ayı ərzində Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb

Bu ilin ilk ayı ərzində Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb Doğum şöbəsinə 268 hamilə qadın daxil olub ki, onlardan 173-ü təbii yolla, 95 xəstə isə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib
Sağlamlıq
710
7 Fevral , 2015 10:26
Bu ilin ilk ayı ərzində Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) ümumilikdə 3 531 xəstə müraciət edib. Bu barədə "Report"a KTM-in baş həkimi Sultan Əliyev məlumat verib.

Onun sözlərinə görə, cərrahiyyə xəstəlikləri üzrə 813 xəstə daxil olub, 942 xəstə isə ambulator müraciət edib: "Terapiya qəbul şöbəsinə 606 xəstə daxil olub. Eyni zamanda, 101 xəstə ambulator müraciət edib. Yoluxucu xəstəliklər üzrə 401 xəstə daxil olub, 22 xəstə ambulator müraciət edib. Doğum şöbəsinə 268 hamilə qadın daxil olub ki, onlardan 173-ü təbii yolla, 95 xəstə isə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Ginekologiya şöbəsinə 130 xəstə daxil olub. Toksikologiya şöbəsinə 236 xəstə daxil olub, 12 xəstə isə ambulator müraciət edib".

Son xəbərlər

Orphus sistemi