Kamran Musayev: "Keçən il Mərkəzi Klinik Xəstəxanada 1000 ürək əməliyyatı aparılıb"

Kamran Musayev: "Keçən il Mərkəzi Klinik Xəstəxanada 1000 ürək əməliyyatı aparılıb" "Ürək-damar xəstəliyinin paytaxt və ya regionlarda daha çox yayılmasında elə də ciddi fərq yoxdur"
Sağlamlıq
16 May , 2015 12:28
Kamran Musayev: Keçən il Mərkəzi Klinik Xəstəxanada 1000 ürək əməliyyatı aparılıb

Bakı. 16 may. REPORT.AZ/ "Keçən il Mərkəzi Klinik Xəstəxanada 1000 ürək əməliyyatı aparılıb. Ümumilikdə isə 13-14 illik fəaliyyətdə 11 mindən çox ürək-damar əməliyyatı icra olunub". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklərin önündə gəlir: "İkinci sırada duran xəstəliklə ürək-damar xəstəlikləri arasında təqribən 2 dəfəyə yaxın fərq var. Azərbaycanda da bu göstərici demək olar ki, eyni vəziyyətdədir. Ölkədə və paytaxtda bu xəstəliyin diaqnozu ilə məşğul olan mərkəzlər var ki, onlar ən müasir avadanlıqlarla təchiz olunub".

Ürək-damar xəstəliyinin paytaxt və ya regionlarda daha çox yayılmasında elə də ciddi fərq olmadığını deyən baş həkim qeyd edib ki, xəstəliyin artmasının əsas səbəbi insanların həyat tərzi ilə bağlıdır: "Ürək-damar xəstəlikləri əslində çox ağır xəstəlikdir. Lakin qarşısı alına bilən xəstəlikdir. Yəni biz səbəbləri ortadan qaldırsaq, bu xəstəliyi ən azından ciddi dərəcədə ləngitmiş olarıq. Bu səbəblərə də əsasən siqaret və tütün məmulatlarından istifadə olunması, qan təzyiqinin yüksək olması, diabet xəstəliyi daxildir. Təəssüf ki, Azərbaycan mətbəxində yemə-içmə vərdişi bu xəstəliyin olmasına səbəb olacaq ən əsas faktordur".

Kamran Musayev qeyd edib ki, Azərbaycanda dünyadakı tendensiyaya uyğun olaraq bu xəstəlik cavanlaşmaya doğru gedir: "Təəssüf ki, gündəlik praktikamızda daha gənc yaşlarında oaln insanları ürək-damar xəstəlikləri səbəbindən əməliyyat edirik".  

Son xəbərlər

Orphus sistemi