"Johnson&Johnson" dünyanın ən təhlükəli ştamına qarşı peyvəndin hazırlanmasına başlayır

"Johnson&Johnson" dünyanın ən təhlükəli ştamına qarşı peyvəndin hazırlanmasına başlayır ABŞ-ın "JohnsonJohnson" (JJ) şirkəti koronavirusun “omicron” ştamına qarşı peyvənd hazırlamağa başlayıb.
Sağlamlıq
29 Noyabr , 2021 21:10
Johnson&Johnson dünyanın ən təhlükəli ştamına qarşı peyvəndin hazırlanmasına başlayır
0 : 00
0 : 00

ABŞ-ın "Johnson&Johnson" (J&J) şirkəti koronavirusun “omicron” ştamına qarşı peyvənd hazırlamağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Şirkət yeni yayılan ştama qarşı COVID-19 peyvəndinin effektivliyini qiymətləndirmək üçün Cənubi Afrika və dünya üzrə alimlərlə işləyir.

"Bundan əlavə, şirkət omikrona qarşı xüsusi peyvənd hazırlayır və lazım gəldikdə onu təkmilləşdirəcək", - "Johnson&Johnson" məlumat yayıb.

Bundan əvvəl “Pfizer” və “Moderna” da koronavirusun “omicron” ştamı ilə mübarizə aparmaq üçün xüsusi peyvənd variantları hazırladıqlarını elan etmişdi.

Son xəbərlər

Orphus sistemi