İstifadəyə yararsız 38 kq quru maya məhsulu məhv edildi

İstifadəyə yararsız 38 kq quru maya məhsulu məhv edildi AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Sağlamlıq
14 Yanvar , 2021 18:04
İstifadəyə yararsız 38 kq quru maya məhsulu məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, fiziki şəxs İsmayılov İlham Məhəmmədoviç tərəfindən Azərbaycana gətirilən məhsul partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.

Aparılan müayinələr nəticəsində nümunələrdə mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarı normadan artıq olduğu müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq, normativ sənədlərin tələblərinə cavab verməyən və istifadəyə yararsız, ümumi çəkisi 38 kq olan quru maya məhsulu “Təhlükəli Tullantılar” poliqonunda Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi