İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Sağlamlıq
28 Sentyabr , 2022 16:01
İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib

“AZ FP CO LTD” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 66 adda, 9,509.80 kq müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi