İspaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 120 nəfərə çatıb

İspaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 120 nəfərə çatıb İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 120 nəfərə çatdığını təsdiq edib.
Sağlamlıq
31 May , 2022 01:02
İspaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 120 nəfərə çatıb

İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 120 nəfərə çatdığını təsdiq edib.

“Report” İspaniya hökumətinin Səhiyyə Nazirliyinə istinadla bildirir ki, İspaniyada meymunçiçəyi virusuna yoluxma hallarındakı artım davam edir.

Daha əvvəl İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 98 nəfər olduğunu bəyan etmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrdə rast gəlinən nadir xəstəlik növüdür.

Son xəbərlər

Orphus sistemi