İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub

İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib.
Sağlamlıq
31 May , 2022 20:22
İspaniyada 132 nəfər meymunçiçəyinə yoluxub

İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“III Karlos Sağlamlıq İnstitutu 132 müsbət ortopoksvirus hadisəsini təsdiqləyib, onlar meymunçiçəyi ilə bağlı təsdiqlənmiş hallar kimi tanınır”, - qurumdan bildirilib. Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi.

“Publico” qəzetinin yazdığına görə, Portuqaliyada 100 yoluxma halı qeydə alınıb ki, bu da bazar ertəsi elan edilən rəqəmdən 4 vahid çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir.

Son xəbərlər

Orphus sistemi