İş prosesi zamanı fasilələrin faydası sübut olundu

İş prosesi zamanı fasilələrin faydası sübut olundu ABŞ-ın Şimal Karolina Universitetinin alimləri sübut ediblər ki, işdən vaxtaşırı yayınan əməkdaşlar sonradan öz fəaliyyətlərinə daha çox cəlb edilir və daha az yorulurlar
Sağlamlıq
21 Mart , 2021 05:46
İş prosesi zamanı fasilələrin faydası sübut olundu

ABŞ-ın Şimal Karolina Universitetinin alimləri sübut ediblər ki, işdən vaxtaşırı yayınan əməkdaşlar sonradan öz fəaliyyətlərinə daha çox cəlb edilir və daha az yorulurlar.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Mütəxəssislər ofis işçilərinin iki qrupu üzərində təhlillər aparıblar. Qruplardan birində ABŞ-dan 98 nəfər, digərində isə Cənubi Koreyadan olan 222 işçi təmsil olunub. Tədqiqatın iştirakçıları mütəxəssislərə yuxunun keyfiyyəti və yorğunluğun ümumi səviyyəsi haqqında danışıblar.

Bundan əlavə, alimlər pis gecə yuxusunun iş günü ərzində fasilələrin tezliyinə necə təsir etdiyini öyrəniblər. Məlum olub ki, səhər yorğun olan işçilər həmkarlarından daha çox işdən yayınırlar. Lakin qısa istirahət dövrü ümumi yorğunluğu azaldıb və işə olan marağı artırıb.

Son xəbərlər

Orphus sistemi