Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib

Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib “Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil”.
Sağlamlıq
17 Noyabr , 2021 15:19
Səhiyyə Nazirliyi xüsusi risk qrupuna aid olan şəxslərə müraciət edib

“Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur: “Xüsusi risk qrupuna aid olan şəxslərin daha etibarlı müdafiə üçün "buster" dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azərbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir".

"İnsanlara buradan səslənirəm ki, əldə etdikləri imkanları dəyərləndirsinlər. Çünki xəstələnənlərin az olması peyvənd olunma ilə əlaqəlidir. Vəziyyət nəzarət olunan səviyyədədir. "Buster" doza alan vətəndaşların sayı kifayət qədərdir. Tək bu doza deyil, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etsinlər”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi