İnfarktın geniş məlum olmayan ilkin əlamətləri açıqlandı

İnfarktın geniş məlum olmayan ilkin əlamətləri açıqlandı Britaniya həkimləri bildiriblər ki, ürəktutma döş qəfəsində həmişə kəskin ağrılar deyil.
Sağlamlıq
3 Dekabr , 2020 03:23
İnfarktın geniş məlum olmayan ilkin əlamətləri açıqlandı

Britaniya həkimləri bildiriblər ki, döş qəfəsində həmişə kəskin ağrıların olması heç də həmişə ürəktutma əlaməti deyil.

“Report” xəbər verir ki, bu barədə “Express” nəşri yazıb.

Alimlər qeyd edib ki, ürək tutması tez-tez bir sıra başqa əlamətlərlə də müşayiət olunur. Onların arasında əl ağrısı, başgicəllənmə, tez-tez tərləmə, ürək bulanması, nəfəsalmada çətinlik, həyəcanlılıq və hətta öskürək də var.

Ürəktutmanın səbəbi ürəkdə dövr edən qanın kafi miqdarıdır. Bu, əzələlərdə əlavə yüklənmə yaradır.

Bir qayda olaraq, insanlarda ürək tutmasının simptomları haqqında təsəvvür sinədə güclü ağrı ilə məhdudlaşır, amma əksər hallarda infarktın əlamətləri çox ola və hamısı ilk baxışda əhəmiyyətsiz görünə bilər.

"Bəzi hallarda sinədə ümumiyyətlə ağrılar olmaya da bilər, xüsusilə qadınlarda, yaşlı insanlarda və diabetdən əziyyət çəkən insanlarda", - Britaniyanın Milli Səhiyyə Xidmətində xəbərdarlıq ediblər.

Qeyd edilir ki, ürək tutması ürəyin işemik xəstəliyi əlamətidir. İnfarkt riskini azaltmaq üçün meyvə və tərəvəzi rasiona daha çox daxil etmək və idmanla məşğul olmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi