İnfarktın ilkin əlamətləri açıqlanıb

İnfarktın ilkin əlamətləri açıqlanıb Ürəkdə uzun müddətli ağrılar infarkt əlamətlərindən biri ola bilər.
Sağlamlıq
13 Dekabr , 2021 06:45
İnfarktın ilkin əlamətləri açıqlanıb

Ürək nahiyəsində uzun müddətli ağrılar infarkt əlamətlərindən biri ola bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış tibb mütəxəssisi, Moskva Səhiyyə İdarəsinin 6 saylı Konsultativ-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Andrey Sırov "Qovorit Moskva" radiosunun efirində bildirib.

O, qeyd edib ki, əgər həyatda ilk dəfə hava çatışmazlığı hissi, təzyiqin dəyişməsi, ürək döyüntüsünün artması ilə müşayiət edilən 20-30 dəqiqəlik şiddətli ağrılar olsa - bu təcili tibbi yardım çağırmaq və ürək fəaliyyətinin qrafik təsvirini - kardioqramı çıxarmaq üçün səbəbdir.

“Əgər ağrı fiziki fəaliyyət zamanı baş verərsə, mütəxəssisə müraciət etməlisiniz”, - o deyib.

“Bəzən ürək nahiyəsindəki xoşagəlməz hisslər həzm sistemindəki pozğunluqları göstərə bilər”, - deyə mütəxəssis əlavə edib.

Andrey Sırov deyib ki, ağrıların yüksək həddi hava çatışmazlığı ilə də əlaqəli ola bilər.

Son xəbərlər

Orphus sistemi