"Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək".
"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə keçirilən brifinqdə deyib.
"İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V konfransının təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacaq", - o vurğulayıb.