İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərrahi profil üzrə göstərilən xidmətlərin sayını açıqlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərrahi profil üzrə göstərilən xidmətlərin sayını açıqlayıb İlkin hesablamalara görə 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib.
Sağlamlıq
4 Fevral , 2021 11:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cərrahi profil üzrə göstərilən xidmətlərin sayını açıqlayıb

İlkin hesablamalara görə 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib.

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

"Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatlarının sayı 68 olub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir", - Z.Əliyev vurğulayıb.

İdarə heyətinin sədri bildirib ki, agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə 13 tibbi ərazi bölməsi (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, 2020-ci il ərzində ən çox Şəki-Zaqatala TƏB-ə müraciət edilib. Belə ki, Şəki-Zaqatala TƏB üzrə 1 345 727, Bərdə-Yevlax TƏB üzrə 1 054 372, Quba-Xaçmaz TƏB üzrə 729 871, Göyçay-Kürdəmir TƏB üzrə 623 978, Dağlıq Şirvan TƏB üzrə 403 146, Xızı rayonu üzrə isə 13 336 müraciət qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi