İki agentlik istirahət zonalarını nəzarətə götürüb

İki agentlik istirahət zonalarını nəzarətə götürüb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirir.
Sağlamlıq
17 May , 2019 13:34
İki agentlik istirahət zonalarını nəzarətə götürüb
AQTA sədri Qoşqar Təhməzli / Report/ Firi Salim

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Dövlət Turizm Agentliyi ilə birlikdə istirahət zonalarında tədbirlər planı həyata keçirir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, Agentlik və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri istehlakçıların sağlam qida ilə təmin olunması üçün istirahət zonalarını nəzarətə götürüb.

AQTA sədri qeyd edib ki, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan standartlar beynəlxalq normalara uyğundur: "Hazırda Azərbaycanın bitkiçilik məhsulları Avropa bazarlarına geniş vüsət alıb. Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur". 

Son xəbərlər

Orphus sistemi