Bakı. 27 iyul. REPORT.AZ/ "Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanasında, yəni, yanğın hadisəsi baş verən yerdədir".
Bu barədə "Report"a Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, yanğın artıq söndürülüb: "Stasionarda olan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yerləşdiriliblər".