Hikmət Hacıyev: "Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər"

Hikmət Hacıyev: "Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər" “Azərbaycanda da koronavirusun yayılmasını müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”.
Sağlamlıq
8 Dekabr , 2020 15:01
Hikmət Hacıyev: Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər
Hikmət Hacıyev

“Azərbaycanda da koronavirusun yayılması müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, artıq koronavirusla bağlı qayadaların sərtləşdirilməsi istiqamətində təkliflər vardır:

“Hətta vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər. Bu gün ölkə üzrə xəstələrin sayı 56 mindən çox göstərilir. Evdə müalicə alanların sayı isə 48 min nəfər göstərilir”.

Son xəbərlər

Orphus sistemi