​Hepatit B qaraciyər xərçənginə yol açır

​Hepatit B qaraciyər xərçənginə yol açır Bu virus QİÇS-dən 100 dəfə çox yoluxucudur
Sağlamlıq
30 Dekabr , 2015 20:03
​Hepatit B qaraciyər xərçənginə yol açır

Bakı. 30 dekabr. REPORT.AZ/ Hər il milyonlarla insanın yoluxduğu Hepatit B qaraciyər xərçəngi və sirroza səbəb olan xəstəliklərin arasında birinci sırada gəlir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssis həkimi Həbibə Duman Hepatit B virusunun QİÇS-dən 100 dəfə çox yoluxucu olduğunu, dünyada 350 milyon insanın bu virusun daşıyıcısı olduğunu bildirib.

O deyib ki, əgər xəstəliyə erkən diaqnoz qoyulmazsa, gizlincə irəliləyər və qaraciyər sirrozu və ya xərçənginə çevrilə bilər.  

Son xəbərlər

Orphus sistemi