Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər"

Həkim: "Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər" Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: “Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər”
Sağlamlıq
6 İyun , 2023 11:17
Həkim: Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, problemlər baş verə bilər

“Treoid xəstəliyi vaxtında müəyyən edilməzsə, uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti uşaq endokrinoloqu Azad Ələkbərzadə bildirib.

Onun sözlərinə görə, bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlinir: “Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər”.

Son xəbərlər

Orphus sistemi