Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz”

Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz” “Deyirlər ki, qripsənsə antibiotik qəbul elə, “o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.
Sağlamlıq
151
11 May , 2022 09:51
Həkim-terapevt: “Qripin müalicəsində antibiotiklərdən istifadə oluna bilməz”

“Deyirlər ki, qripsənsə antibiotik qəbul et, “o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.

“Report” xəbər verir ki, bunu həkim-terapevt Rəhilə Əliyeva deyib.

O bildirib ki, qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz: “Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”.

Həkim-terapevt qeyd edib ki, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: “Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır. Yəni, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”.

Son xəbərlər

Orphus sistemi