Həkim: "Perinatal diaqnostikanın məqsədi cəmiyyət üçün yükün azaldılmasıdır"

Sağlamlıq
  • 09 fevral, 2022
  • 09:08
Həkim: Perinatal diaqnostikanın məqsədi cəmiyyət üçün yükün azaldılmasıdır
Ağa Rza Ağayev

"Perinatal diaqnostikanın təməl məqsədi xəstəliklərin erkən dönəmdə aşkarlanması, istər fərdi, istərsə də cəmiyyət üçün yükün azaldılmasıdır".

Bunu "Report"a müsahibəsində Talassemiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

Onun sözlərinə görə, perinatal diaqnostika ilə dölün xəstə olduğu aşkarlanan zaman valideynlərə məlumat verilir: "Doğum zamanı uşağın xəstə olacağının gözlənildiyi izah edilir. Burada genetikin ən önəmli vəzifəsi yönləndirici olmamasıdır, yəni bitərəfliyini qorumalıdır. Genetik sadəcə testin nəticəsini, onun nəyə səbəb ola biləcəyini izah edir. Burada yekun qərar valideynlərin üzərinə buraxılır. Əgər tibbi əsas varsa, valideynlər razıdırsa, tibbi komitələrin qərarı ilə uşaq götürülə bilər. Perinatal diaqnostikanın təməl məqsədi xəstəliklərin erkən dönəmdə aşkarlanması, istər fərdi, istərsə də cəmiyyət üçün yükün azaldılmasıdır. Həmçinin patologiyanın ilk mərhələdə ən düzgün metodla, ən az maliyyə ilə aşkarlanmasıdır".

Müsahibəni ətraflı şəkildə buradan oxuya bilərsiniz.