Həkim-narkoloq: “Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur”

Həkim-narkoloq: “Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur” “Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur”.
Sağlamlıq
3 Oktyabr , 2023 11:03
Həkim-narkoloq: “Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur”

“Spirtli içkilərə aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib.

O bildirib ki, xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, sosial, fizioloji, mənəvi problemləri haqda məlumat verir. Bunlardan fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsində sosial faktorlara əsasən şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji faktordur”.

Nazirlik rəsmisi vurğulayıb ki, spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur: "Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır. Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxardır".

Son xəbərlər

Orphus sistemi