Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur"

Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur" “1 yaş altı və neanatal dövrdə körpələr bəzi xəstəliklər səbəbindən risk qrupuna aiddirlər”.
Sağlamlıq
215
15 Oktyabr , 2021 15:53
Həkim: Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur

“Neanatal dövrdə olan və 1 yaşdan kiçik körpələr bəzi xəstəliklər səbəbindən risk qrupuna aiddirlər”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

E.Rəhimov bildirib ki, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan körpələr xəstəliyi daha ağır keçirirlər: “Hətta bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlayır. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”.

Son xəbərlər

Orphus sistemi