Həkim geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib

Həkim geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib Həkim-terapevt Nahid Məhərrəmov geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib.
Sağlamlıq
13 Yanvar , 2022 17:27
Həkim geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib

Həkim-terapevt Nahid Məhərrəmov geomaqnit qasırğasının fəsadları ilə bağlı xəbərdarlıq edib.

Bu barədə “Report”a açıqlama verən həkim bildirib ki, geomaqnit qasırğası ölümlə nəticələnə bilər.

Onun sözlərinə görə, geomaqnit qasırğası meteohəssas və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər: “Özünü normal hiss edən insanın səhhətində belə geomaqnit qasırğası zamanı narahatlıqlar da yarana bilər. Bu, çox zaman sinir sistemi ilə əlaqəlidir. Bu kimi insanların səhhətində havanın, fəslin dəyişkənliyi narahatıq yaradır".

N.Məhərrəmov bildirib ki, geomaqnit qasırğasının fəsadları, adətən, yaşı 60-dan yuxarı və meteohəssas insanlarda özünü daha çox büruzə verir. Həkim infarkt, insult və arterial təzyiqdən əziyyət çəkən şəxslərə müraciət edib.

O vurğulayıb ki, qeyd olunan problemlərdən əziyyət çəkənlərin maqnit qasırğası zamanı açıq havadan istifadə etməmələri daha məqsədəuyğundur. Terapevtin sözlərinə görə, əks halda onların səhhətində müəyyən geriləmələr yarana bilər.

"Bu kimi hallarda isə infarkt və insult olma ehtimalı daha yüksəkdir. Hətta bu hal ölümlə də nəticələnə bilər", - o bildirib.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumaat görə, yanvarın 15-də ölkədə maqnit qasırğası gözlənilir.

Son xəbərlər

Orphus sistemi