Həkim: "Avtobus sürücülərinin telefonla danışması sərnişinləri nevroz edir"

Həkim: "Avtobus sürücülərinin telefonla danışması sərnişinləri nevroz edir" "Avtobusda biri əsəbi, digəri yorğun olur"
Sağlamlıq
3 İyun , 2017 15:25
Həkim: Avtobus sürücülərinin telefonla danışması sərnişinləri nevroz edir

Bakı. 3 iyun. REPORT.AZ/ "Avtobus sürcüsünün telefonla danışması, yüksək səsli musiqi dinləməsi zamanla sərnişinlərdə nevroz yaradır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.

Onun sözlərinə görə, avtobusu idarə edərkən telefonla danışmaq çox təhlükəlidir: "Dəfələrlə müşahidə etmişəm ki, sürücülər hətta beş-altı dayanacaq ara vermədən telefonla danışırlar. Bu hala daha çox da cavan sürücülər yol verir".

Həkim bildirib ki, avtobusda səsin olması adi problem deyil: "İnsanların əhval-ruhiyyəsi müxtəlif olur. Biri stres keçirir, biri əsəbidir, digəri yorğun olur. Müxtəlif səslər isə insanın əsəblərinə çox pis təsir edir. Sürücünün, hətta sərnişinlərin yüksək səslə telefonda danışmasına adi, xırda bir məsələ kimi baxırlar ki, belə deyil. Bu hallar hər gün avtobusdan istifadə edən şəxslərdə yığılır və nevroz halı yaradır".  

Son xəbərlər

Orphus sistemi