Nazir: "Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlanır"

Nazir: "Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlanır" Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı həyata keçirilir
Sağlamlıq
9 Oktyabr , 2023 11:32
Nazir: Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlanır

"Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı həyata keçirilir".

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə hüdudlarından kənarda tibb təhsil alan kadrların ölkəyə qayıdışı səhiyyə sahəsinə töhfəsini vermiş olur: "Milli kadrların hazırlanmasına qarşı yönələn siyasət bu gün də davam edir. ATU ölkənin səhiyyə müəssisələri üçün yüksək bilikli kadrlar yetişdirir. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə ixtisas üzrə qəbul həyata keçirilir".

Nazir söyləyib ki, tibb təhsilində yeni yanaşmaların olması hər zaman labüddür: "Pandemiya şəraiti bu işi daha da sürətləndirdi. Onlayn təhsilin genişləndirilməsi nəzərə alaraq akkreditasiya meyarlarının təkmilləşdirilməsinə ehtiyac var".

Son xəbərlər

Orphus sistemi