Gürcüstandan olan 100 yaşlı müharibə veteranı Bakıda uğurla əməliyyat olunub

Gürcüstandan olan 100 yaşlı müharibə veteranı Bakıda uğurla əməliyyat olunub Əməliyyatın səhəri günü Bayram Bayramov yeriməyə başlayıb
Sağlamlıq
21 May , 2020 13:45
Gürcüstandan olan 100 yaşlı müharibə veteranı Bakıda uğurla əməliyyat olunub

Gürcüstan vətəndaşı, İkinci Dünya müharibəsi veteranı Bayram Bayramov Bakıda həyətdə gəzərkən yıxılıb. 

"Report" xəbər verir ki, 100 yaşlı Bayram Bayramov sağ bud boynunun sınığı ilə xəstəxanaya müraciət edib.

Travmatoloq-ortoped Sənan Aşirov B.Bayramovu əməliyyat edərək sağ tərəfli bud-çanaq endoprotezi qoyulub. 

Həkim bildirib ki, əməliyyatın səhəri günü Bayram Bayramov yeriməyə başlayıb və uğurlu əməliyyat və müalicədən sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi