Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib.
Sağlamlıq
31 Mart , 2023 13:09
Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof zərərvericilərə görə məhv edilib

Gürcüstandan Azərbaycana gətirilən 24,5 ton kartof aşkarlanan zərərvericilərə görə məhv edilib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24 500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Son xəbərlər

Orphus sistemi