Goranboyda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb

Goranboyda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.
Sağlamlıq
26 Noyabr , 2021 10:36
Goranboyda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Son xəbərlər

Orphus sistemi