Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb

Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb Gəncədə yeni növ koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb
Sağlamlıq
10 Avqust , 2021 16:50
Gəncədə koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb
0 : 00
0 : 00

Son günlər COVID-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib.

Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.

İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb və tərtib edilmiş qrafikə uyğun olaraq davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi