Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.
Sağlamlıq
19 Avqust , 2019 17:02
Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Agentlikdən "Report"a verilən məlumata görə, müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir.

Qanunsuz fəaliyyət göstərən sexdə, ümumilikdə, 189 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib.

Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi