Bakı. 2 may. REPORT.AZ/ Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 2011-ci il 17 noyabr tarixli qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC (böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası, sümük iliyi) "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na əlavə edilib.