GEM: Üç Zaqatala sakini qarayara simptomları ilə KTM-ə hospitalizasiya olunub

GEM: Üç Zaqatala sakini qarayara simptomları ilə KTM-ə hospitalizasiya olunub Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Sağlamlıq
7 İyun , 2024 15:24
GEM: Üç Zaqatala sakini qarayara simptomları ilə KTM-ə hospitalizasiya olunub

Zaqatala rayonu Faldarlı kəndinin üç sakini bu gün qarayara (Sibir xorası) simptomu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hazırda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi