Fransada koronavirusu məhv edən qoruyucu maska yaradıldı

Fransada koronavirusu məhv edən qoruyucu maska yaradıldı Fransanın “BioSerenity” şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb
Sağlamlıq
17 Fevral , 2021 01:29
Fransada koronavirusu məhv edən qoruyucu maska yaradıldı

Fransanın “BioSerenity” şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb.

“Report” xəbər verir ki, bu barədə BFMTV bildirib.

Firmanın baş direktoru Mark Fruenin sözlərinə görə, bu maska "virusları bloklamaq" qabiliyyətinə malikdir.

Fərdi müdafiə vasitəsi dörd qatdan ibarətdir. Onlardan biri bakterisid və antivirus xüsusiyyətlərinə malikdir. Qeyd edilir ki, maska birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onu ən çox dörd saat taxmaq tövsiyə edilir.

"Maska virusları bloklamağa və məhv etməyə qadirdir", - şirkət nümayəndəsi telekanala bildirib. Şirkətdə həmçinin əlavə ediblər ki, maska özünü dezinfeksiya etməyə qadirdir və beləliklə ətraf mühitə düşmə zamanı daha az təhlükəlidir.

Fərdi müdafiə vasitəsi Lill Universiteti Xəstəxanasının Milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutu və Milli Elmi Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilə əməkdaşlıq şəraitində hazırlanıb. Onun qiyməti 1,49 avrodur.

Son xəbərlər

Orphus sistemi