“Forsaj” filminin məşhur aktyoru COVID-19-dan sağalıb

“Forsaj” filminin məşhur aktyoru COVID-19-dan sağalıb “Qaya” ləqəbi ilə məşhur olan Amerika aktyoru və restler Duyen Conson və ailəsi koronavirusdan sağalıb.
Sağlamlıq
3 Sentyabr , 2020 06:15
“Forsaj” filminin məşhur aktyoru COVID-19-dan sağalıb
Dueyn Conson

“Qaya” ləqəbi ilə məşhur olan Amerika aktyoru və restler Dueyn Conson və ailəsi koronavirusdan sağalıb.

“Report”un məlumatına görə, bu barədə aktyor özü “Instagram”da bildirib.

"Arvadım Loren, iki qızım və mənim COVID-19 testimiz müsbət oldu. Mən sizə deyə bilərəm ki, bu, bizim ailə kimi keçdiyimiz ən mürəkkəb sınaqlardan biri idi", - Conson qeyd edib.

Aktyor əlavə edib ki, o və ailəsi artıq sağalıb.

Dueyn Conson "Forsaj", “Əqrəblərin şahı”, habelə digər filmlərdəki rolları ilə məşhurdur.

Son xəbərlər

Orphus sistemi