FHN-ə radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

Sağlamlıq
  • 26 iyul, 2023
  • 06:20
FHN-ə radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb
Nicat Əliyev

2023-cü ilin ilk 6 ayı ərzində radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bu müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faiz isə təmin olunmayıb: "Tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün daxil olan 96 müraciətdən 40 faizinə müsbət cavab verilib, 60 faizi isə təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə 18 müraciətdən 83 faizinə müsbət cavab verilib".

44 filmi