Erkin Rəhimov: "Ana südü uşaq ölümlərinin sayını azaldır"

Sağlamlıq
  • 25 avqust, 2021
  • 11:46
Erkin Rəhimov: Ana südü uşaq ölümlərinin sayını azaldır

"Ana südü uşaq ölümlərinin sayını azaldan ən önəmli faktordur".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

“İstərdim ki, valideynlər süd olmayan zaman bunun səbəbini araşdırsınlar. Mütləq 6 ayına qədər uşağa ana südü versinlər. Bundan sonra əlavə qidaya keçirilə bilər”, - o bildirib.