Əlcəklər koronavirusdan qoruyurmu?

Əlcəklər koronavirusdan qoruyurmu? Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.
Sağlamlıq
1605
13 Aprel , 2020 20:39
Əlcəklər koronavirusdan qoruyurmu?

Pandemiya dövründə apteklərdən kütləvi şəkildə sadəcə maska və respiratorları deyil, həm də təkistifadəlik əlcəklər alınır. Ancaq mütəxəssislər əlcəklərin yararlı olmasından heç də əmin deyillər.

“Report” xəbər verir ki, bunu “Deutsche Welle” yazıb.

Məqalədə əlcək taxmağın koronavirusdan qorunmaqda nə dərəcədə faydalı olduğu araşdırılıb.

Məlumata görə, əlcəklərdən istifadə yalnız qısa müddət üçün effektivdir. Bildirilir ki, həkimlər və tibbi personalın əlcək taxmağı vacib olsa da, bu, qan və digər bioloji maye kimi gözəgörünən çirkdən qoruyur. Bu əlcəklər yalnız qısa müddət ərzində əlləri bakteriya və virusdan qoruya bilər.

İş burasındadır ki, əlcəklər məsaməli materialdan hazırlanıb. Onlardan nə qədər çox istifadə edilsə, patogen mikroorqanizmlərin də əlcəyin içinə daxil olma ehtimalı bir o qədər artır. Bu səbəbdən həkimlər əlcəyi çıxardıqdan sonra əllərini diqqətlə yuyur və dezinfeksiya edirlər.

Bundan başqa, bu qoruyucu vasitə həm də aldadıcı sterillik hissi yaradır. Bir çox insan əlcək taxdıqdan sonra nə qədər də üzə toxunmamağa çalışsalar da, istər-istəməz bunu tez-tez edirlər. Həkimlər əlcək taxmağın virusa yoluxmanı artıra biləcəyinə dair xəbərdarlıq edirlər. Belə ki, təkistifadəlik əlcəkdə dəri daha tez tərləməyə başlayır. Bu isə bakteriya və virusların bütün növləri üçün ideal mühitdir.

“Qısa müddət ərzində təkistifadəlik əlcəyin səthində az öncə yuyulmuş əldən daha çox bakteriya yığılır”, - pulmonoloq Yens Metyu bildirib.

Məqalədə deyilir ki, koronavirusdan qorunmağın ən effektiv yolu ənənəvi profilaktik tədbirlərə riayət etməkdir. Bu, ilk növbədə, əllərin diqqətlə yuyulması və ictimai yerlərdən qaçınmaqdır.

Son xəbərlər

Orphus sistemi