Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasının həyata keçirilməsinə başlanıla bilər
Sağlamlıq
- 20 may, 2023
- 08:45
Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.
O bildirib ki, bu məsələ 2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" qanunda əksini tapıb: "Qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".
Son xəbərlər
16:39
Trampın təyyarəsi Sürix aeroportuna iki saat gec eniş edib
Digər ölkələr16:28
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib
Daxili siyasət16:26
"SOCAR Karbamid" zavodunun hədəfləri açıqlanıb
Energetika16:25
Azərbaycan Böyük Britaniyadan qızıl tədarükünü kəskin artırıb
Biznes16:20
Azərbaycanın su anbarlarındakı ehtiyatların həcmi açıqlanıb
İnfrastruktur16:20
Levandovskinin "Barselona"dakı gələcəyi özündən asılıdır
Futbol16:19
Bakı ilə Kabul minatəmizləmə və fövqəladə hallar sahəsində qarşılıqlı əlaqələri müzakirə edib
Xarici siyasət16:17
Foto
Video
"Analar bizi dünyaya gətirir, Vətən isə qucağına alır": Qarabağın cənub qapısından – REPORTAJ
Qarabağ16:16