Əhliman Əmiraslanov: “Ana və uşaq ölümü bizdə də böyük problemdir”

Əhliman Əmiraslanov: “Ana və uşaq ölümü bizdə də böyük problemdir” “Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir”.
Sağlamlıq
29 Noyabr , 2023 15:28
Əhliman Əmiraslanov: “Ana və uşaq ölümü bizdə də böyük problemdir”

“Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir”.

“Report”un xəbərinə görə, bunu Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib.

O qeyd edib ki, hər il qanunda dəyişikliklər edilir: “Düzdür, bu sahədə ölkəmizdə xeyli uğurlar qazanılıb, həmçinin səhiyyə sahəsində xeyli islahatlar aparılır. Lakin arxayınlaşmaq olmaz. Ölüm saylarının azaldılması üçün əlimizdən gələni etməliyik”.

Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır: “Bu məsələdə vətəndaşların özlərindən də çox şey asılıdır. Hələ də az da olsa, xəstəxanalardan kənarda doğuş halları baş verir ki, bu kimi hadisələr ana və uşaq ölümlərinin artmasına təsir göstərən əsas amillərdir”.

Komitə sədri bildirib ki, narkomaniya sahəsində də ölkədə böyük problemlər mövcuddur.

“Bu problemin mübarizəsi ilə bir çox bir qurum məşğul olur və olmalıdır. Çünki bu elə bir bəladır ki, həmin problemlə bağlı ayıq-sayıq olmalı və onunla mübarizədə əlimizdən gələni etməliyik”.

Son xəbərlər

Orphus sistemi