Dünyada sədəf xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Dünyada sədəf xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb Türkiyədə isə bu xəstəliyin daşıyıcısı olan ən azı 1,5 milyon insan var
Sağlamlıq
1932
26 Oktyabr , 2015 21:32
Dünyada sədəf xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Amerika və Kanadada 4,6, Afrika və Asiyada 0,4-0,7 faiz insan sədəf xəstəliyindən (dəmroy) əziyyət çəkir. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Türkiyədə isə bu xəstəliyin daşıyıcısı olan ən azı 1,5 milyon insan var. Həmin xəstələrdən təxminən 15 mini ağır sədəf xəstəsidir.

Xatırladaq ki, dəri xəstəlikləri arasında təhlükəli xəstəliklərdən hesab edilən sədəf xəstəliyi yoluxucu deyil. Xəstəlik dəridə, baş dərisində, dirsək və dizlərdə gümüş rəngli qabıqlamalar olaraq özünü göstərə bilər. Müalicə edilmədikdə gələcəkdə bədənə yayılmaqla iltihabi xəstəliyə yol aça bilər. Bu səbəbdən də xəstəliyin müalicəsinə laqeyd qalmamaq və stressdən uzaq durmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi