Dünyada meymunçiçəyinə yoluxma sayı 62 mini keçib

Dünyada meymunçiçəyinə yoluxma sayı 62 mini keçib Dünyada meymunçiçəyi xəstəliyinə yoluxma sayı 62 min nəfəri keçib.
Sağlamlıq
23 Sentyabr , 2022 01:42
Dünyada meymunçiçəyinə yoluxma sayı 62 mini keçib

Dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 62 min nəfəri keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbəri deyib ki, 105 ölkədən daxil olan məlumata əsasən xəstəlikdən 23 nəfər ölüb.

Qebreyesus dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizəni effektiv vasitələrlə davam etdirməyə çağırıb.

ÜST-ün daha əvvəl dərc edilmiş hesabatına əsasən, sentyabrın 12-dən 18-dək bütün dünyada 3 794 yeni yoluxma qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 22 % azalma deməkdir. Ötən həftə ən böyük azalma Avropa regionunda müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi