Dünyada koronavirusdan ölüm hallarının sayı son dörd həftədə 46 faiz azalıb

Dünyada koronavirusdan ölüm hallarının sayı son dörd həftədə 46 faiz azalıb Cari ilin fevral ayının 20-dən martın 19-dək olan müddətdə dünyada 3,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 26 mindən çox xəstə dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 46%, yoluxanların sayı 31% azalıb.
Sağlamlıq
23 Mart , 2023 08:48
Dünyada koronavirusdan ölüm hallarının sayı son dörd həftədə 46 faiz azalıb

Cari ilin fevral ayının 20-dən martın 19-dək olan müddətdə dünyada 3,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 26 mindən çox xəstə dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 46%, yoluxanların sayı 31% azalıb.

“Report” bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülleteninə istinadla xəbər verir.

ÜST-nin məlumatına görə, son dörd həftə ərzində dünyada 3 738 575 yoluxma hadisəsi və 26 147 ölüm halı qeydə alınıb.

Son 28 gün ərzində ən çox yoluxma ABŞ-da aşkarlanıb - 792 202 nəfər. Sonrakı yerləri Rusiya (339 564), Çin (320 029), Yaponiya (291 672) və Almaniya (281 468) tutur.

Fevralın 20-dən martın 19-dək ABŞ-da ən çox ölüm qeydə alınıb – 8 187 nəfər. Ondan sonra Böyük Britaniya (2474), Yaponiya (1898), Braziliya (1587) və Çin (1472) gəlir.

Martın 21-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından bəri 761 071 826 koronavirusa yoluxma və 6 879 677 ölüm halı qeydə alıb.

Xatırladaq ki, bu günlərdə ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının 2023-cü ildə başa çatacağına və bu xəstəliklə bağlı beynəlxalq fövqəladə vəziyyət rejiminin ləğv olunacağına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi