Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 559 535 709 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 363 300 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk altılığı bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 89 221 950 nəfərə çatıb, 1 023 619 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 43 689 989 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 525 557 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 33 076 779 nəfər virusa yoluxub, onlardan 674 482 nəfəri ölüb.
Yoluxma sayına görə dördüncü yeri Fransa (müvafiq olaraq, 32 881 645 yoxulma, 151 454 ölüm faktı), beşinci yeri Almaniya (29 460 249 yoxulma, 142 284 ölüm faktı tutur.